<b>Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq - SƏRƏNCAM</b>
18 mart 2019 19:55 (UTC +04:00)

Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
 
Lent.az-ın məlumatına görə, sərəncamda deyilir:
 
Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
# 613
avatar

Oxşar yazılar