<b>Yumurta bahalaşdı?-<span style="color:red;"> AÇIQLAMA </b>
18 mart 2019 15:30 (UTC +04:00)

Yumurta bahalaşdı?- AÇIQLAMA

“Azərbaycana xarici ölkələrdən yumurta idxal olunması, bazarda yerli yumurta istehsalçılarının satışına təsir edir”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəlyev deyib.

Onun sözlərinə görə, hazırda 26 quşçuluq müəssisəsi cəmiyyətin üzvüdür: “Broyler müəssisələrinin bir sıra çətinlikləri mövcuddur. Ən önəmli çətinlik isə quş yemlərinin bahalığı ilə bağlıdır. Quş yemləri çox baha qiymətə xarici ölkələrdən gətirildiyindən müəssisələr çətinlik çəkir. Bizim müəssisələr kifayət qədər məhsul istehsal edir və bazarı tam təmin edə bilər, amma xaricdən bazara daxil olan yumurta yerli istehsalın bazarına təsir edir”.

A.Vəliyev onu da qeyd edib ki, bayram ərəfəsində yumurta və toyuq ətinin qiymətində bahalaşma yoxdur.

Hazırda müəssisələrdə quş ətinin bir kq-nın ortalama qiyməti 3 manat 10 qəpik, yumurtanın bir ədədi isə 9 qəpikdən satılır.

Qeyd edək ki,  hazırda marketlərdə yumurtanın bir ədədi  11 qəpik, toyuq ətinin bir kiloqramı 3 manat 50 qəpik-3 manat 60 qəpik aralığında dəyişilir.

 

 

 

 

 

# 855
avatar

Aygün İbrahimli

Oxşar yazılar