Xüsusi Yay Olimpiadası: İdmançılarımız 4 gündə 4 qızıl medal qazandılar
18 mart 2019 14:05 (UTC +04:00)

Xüsusi Yay Olimpiadası: İdmançılarımız 4 gündə 4 qızıl medal qazandılar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən Xüsusi Yay Olimpiadasında Azərbaycan idmançıları yarışların 4 günündə 4 qızıl, 6 gümüş, 5 bürünc medal qazanıblar.
 
Bu barədə Lent.az-a Azərbaycan Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti, millət vəkili Fazil Mustafa məlumat verib.
 
Onun sözlərinə görə, Xüsusi Yay Olimpiadasında 195 ölkə iştirak edir. Azərbaycandan Olimpiadaya 10 növ üzrə 74 idmançı qatılıb.
 
 
Olimpiada martın 21-dək davam edəcək.
# 2058
avatar

Oxşar yazılar