[b]Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlandı[/b]
18 mart 2019 13:02 (UTC +04:00)

[b]Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlandı[/b]

Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlanıb.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912 min 989 ədəd pirotexniki vasitə aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 415
avatar

Oxşar yazılar