Qaçırdığı avtomobili başqa nömrə ilə idarə edən şəxs tutuldu
18 mart 2019 12:52 (UTC +04:00)

Qaçırdığı avtomobili başqa nömrə ilə idarə edən şəxs tutuldu

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, paytaxt sakini Aygün Abbasova Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “Mersedes” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Xətai Rayon Polis İdarəsinin və 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüqar Əkbərov saxlanılıb.
 
Araşdırma zamanı müəyyən edilib ki, V.Əkbərov özünə məxsus “VAZ- 2115” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb və idarə etməyə başlayıb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
# 610
avatar

Oxşar yazılar