[b]İstintaq təcridxanasında öldü - FOTO[/b]
18 mart 2019 12:35 (UTC +04:00)

[b]İstintaq təcridxanasında öldü - FOTO[/b]

Qanunsuz silah saxlamaqda təqsirləndirilərək tutulan şəxs istintaq təcridxanasında ölüb.
 
ONA-nın məlumatına görə, martın əvvəli Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan, Maştağa qəsəbə sakini Rəhman Həsənov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Ölümün dəqiq səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.
 
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağı və 26 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib. 
# 694
avatar

Oxşar yazılar