[b]Azərbaycanda silahlı şəxs saxlanıldı[/b]
18 mart 2019 11:36 (UTC +04:00)

[b]Azərbaycanda silahlı şəxs saxlanıldı[/b]

Bakıda silahlı şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
 
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
# 523
avatar

Oxşar yazılar