Güclü külək fəsada səbəb oldu - maşının...
18 mart 2019 10:53 (UTC +04:00)

Güclü külək fəsada səbəb oldu - maşının...

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.Lent.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
 
Onun sözlərinə görə, hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib. Ağac "Prado" və "BMW" markalı avomobillərin üzərinə aşaraq onların damını zədələyib. Hazırda şöbənin əməkdaşları hadisə yerindədirlər.
 
O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib.
 
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
# 662
avatar

Oxşar yazılar