<b>Rəsmilər "qaz problemi yoxdur" deyirlər, sakinlər isə...</b>
18 mart 2019 10:36 (UTC +04:00)

Rəsmilər "qaz problemi yoxdur" deyirlər, sakinlər isə...

“SOCAR”ın  qaz ixracı idarəsinə aid Qaradağ-Digah magistral qaz kəmərində baş vermiş qaz sızması aradan qaldırılıb və qazın bərpası mərhələli şəkildə həyata keçirilir.

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O bildirib ki, hadisə nəticəsində gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılmışdı: “Baş verən problem səhər saat 7-dək aradan qaldırılıb. Saat 9:00-dan etibarən isə  təhlükəsizlik qaydalarına uyğun olaraq qazın mərhələli şəkildə bərpasına başlanılıb. Hansı yerlərdə qaz yoxdursa, bu barədə bizə məlumat verə bilərsiniz”.

Qeyd edək ki, sosial şəbəkələrdə qazın bərpa olnmaması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Masazır, Əhmədli, Günəşli, Binəqədi qəsəbələrinin sakinləri şikayət edərək, ərazidə təbii qazın hələ də verilmədiyini bildrirlər.

# 749
avatar

Aygün İbrahimli

Oxşar yazılar