<b>Aparıcı İlkin Həsəni <span style="color:red;">İLK DƏFƏ  qızının üzünü göstərdi - <span style="color:red;">FOTO</b>
18 mart 2019 09:29 (UTC +04:00)

Aparıcı İlkin Həsəni İLK DƏFƏ qızının üzünü göstərdi - FOTO

Aparıcı İlkin Həsəni qızı Alisanın fotosunu sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, bu gün qızının bir yaşı tamam olur: “Düz 1 il öncə həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı. Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı “küvez”dən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kilo 800 qramlıq bir möcüzəyə baxırdı. Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür, 1 yaşın mübarək, qızım. Bu foto isə həkimin “narahat olmayın, hər şey yaxşı olacaq” dedikdən sonra çəkilib. Yaşadığım ən gözəl anları isə balaca möcüzə gözləyən bütün ailələrə arzulayıram!”.

 

 

Qeyd edək ki, İlkin Həsəni 2017-ci ildə jurnalist Aysel adlı xanımla ailə qurub.

# 1180
avatar

Yalçın UĞUR

Oxşar yazılar