Millimizin üzvü oynadı, komandası xal itirdi
17 mart 2019 22:01 (UTC +04:00)

Millimizin üzvü oynadı, komandası xal itirdi

Portuqaliya Seqaundasında 26-cı turun oyunları keçirilir.
 
 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun formasını geydiyi "Eştoril" bu tur səfərdə "Pakuş de Ferreyra" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
 
Oyuna ehtiyatda başlayan Renat 79-cu dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub.
 
Qeyd edək ki, 26 turdan sonra 45 xal toplayan "Eştoril" 4-cü pillədə qərarlaşıb.
 
(qol.az)
# 835
avatar

Oxşar yazılar