Zakir Həsənov əsgərlərlə birlikdə bayram etdi - FOTO - VİDEO
17 mart 2019 17:40 (UTC +04:00)

Zakir Həsənov əsgərlərlə birlikdə bayram etdi - FOTO - VİDEO

 
Bu gün  Novruz bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
 
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti hərbi hissələrdən birində keçirilən “Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak edib.
 
Tədbirdə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.
 
Nazirliyin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinləyən müdafiə naziri bir sıra məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.
 
Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
# 888
avatar

Oxşar yazılar