Fuad Qəhrəmanlı və Gözəl Bayramlı əfv olundu
16 mart 2019 16:55 (UTC +04:00)

Fuad Qəhrəmanlı və Gözəl Bayramlı əfv olundu

AXCP sədrinin müavini Gözəl Bayramlı əfv olunub.
 
ONA-nın xəbərinə görə, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda var.
 
***
 
16.32
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı əfv olunub.
 
ONA-nın xəbərinə görə, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı fərmada var.
 
Qeyd edək ki, F. Qəhrəmanlı 2015-ci il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
G. Bayramova isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum olunub.
 
 
# 801
avatar

Oxşar yazılar