<b>Azərbaycanı "Eurovision"da təmsil edən müğənni: <span style="color:red;">"Ehtiyacım var"</b>
16 mart 2019 17:37 (UTC +04:00)

Azərbaycanı "Eurovision"da təmsil edən müğənni: "Ehtiyacım var"

Bu il ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev “Dikdaban” verilişinin qonağı olub.

 

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, insanların ona dəstək olmasını istəyir:

“Vətən oğlu kimi demək istəyirəm ki, dəstəyinizə ehtiyacım var. Dua etsələr, pozitiv enerjisini göndərsələr, mənə dəstək olarlar. Uğursuzluğumuzu istəyənlər çoxdur. Bir olaq, pozitiv olaq. Xoşbəxt olmayan, problemi olan insanlar var, neqativi başqalarına ötürmək istəyirlər. Mən isə mənfi rəylərə fikir vermirəm”.

Qeyd edək ki, Ç.Mustafayev Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə “Truth” mahnısını ifa edəcək.

 

# 1331
avatar

Yalçın UĞUR

Oxşar yazılar