[b]Avtomobil qaçırmış keçmiş məhkum yaxalandı - Gəncədə[/b]
16 mart 2019 14:05 (UTC +04:00)

[b]Avtomobil qaçırmış keçmiş məhkum yaxalandı - Gəncədə[/b]

Martın 15-də saat 2 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107” markalı avtomobil saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində H.Əliyev prospektindən qaçırması müəyyən edilib.
 
Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib.
 
Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
# 623
avatar

Oxşar yazılar