[b]Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı barədə RƏSMİ AÇIQLAMA[/b]
16 mart 2019 13:44 (UTC +04:00)

[b]Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı barədə RƏSMİ AÇIQLAMA[/b]

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.
 
Mətbuat Mərkəzindən ONA-ya bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
 
"Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­mış, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
 
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
 
Hal-hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.
 
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Qazax sayon sakini, 1986-ci il təvəllüdlü Arif İbrahimov tutularkən erməni əsgərlər onu ayağndan yaralayıblar.
# 715
avatar

Oxşar yazılar