Siqaret satışı ilə bağlı <span style="color:red;">YENİ QAYDA
16 mart 2019 09:51 (UTC +04:00)

Siqaret satışı ilə bağlı YENİ QAYDA

Azərbaycanda satıcı siqaret almaq istəyən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə onun sənədini tələb edəcək.
 
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.
 
Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.
 
Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.
 
(Trend)
# 1214
avatar

Oxşar yazılar