"Hər iki hücuma məsuliyyəti Brenton Tarrant daşıyır" - Polis
16 mart 2019 08:56 (UTC +04:00)

"Hər iki hücuma məsuliyyəti Brenton Tarrant daşıyır" - Polis

Araşdırmalar göstərir ki, Yeni Zelandiyanın Kraystçerç şəhərindəki hər iki məscidə edilmiş silahlı hücumlara görə məsuliyyəti məhkəmənin qərarı ilə hazırda polisin nəzarəti altında saxlanılan Brenton Tarrant daşıyır.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu polis komissarı Mayk Buş jurnalistlər üçün keçirilmiş brifinqdə deyib.
 
“Hazırda biz hər iki hücuma görə Tarrantın məsuliyyət daşıdığını düşünürük. Növbəti məhkəmə tarixinə qədər ona qarşı yeni ittihamlar irəli sürüləcək. Həmin ittihamları da araşdırmalar göstərəcək”, - deyə Buş bildirib.
 
Qeyd edək ki, Kraystçerçdəki Əl-Nur və Linvud məscidlərinə edilmiş silahlı hücum nəticəsində 49 nəfər ölüb, daha 48 nəfər xəsarət alıb.
# 845
avatar

Oxşar yazılar