[b]Baş məşqçi “4-3”-ün QURBANI OLDU - Vəzifədən uzaqlaşdırıldı[/b]
15 mart 2019 19:45 (UTC +04:00)

[b]Baş məşqçi “4-3”-ün QURBANI OLDU - Vəzifədən uzaqlaşdırıldı[/b]

İspaniyanın “Seviliya” klubunun baç məşqçisi Pablo Maçin vəzifəsindən uzaqlaşdırılıb.
 
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, onu 63 yaşlı ispan mütəxəssis Xoakin Kaparros əvəzləyəcək.
 
“Sevilya” futbol klubunun rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, Kaparros daha əvvəl klubun idman direktoru vəzifəsində çalışıb. 
 
Lakin Pablo Maçinlə  müqavilənin cari mövsümün sonuna qədər qüvvədə olması səbəbindən o, hələ ki, baş məşqçi vəzifəsini icra edəcək. 
 
Qeyd edək ki, bu qərarın ötən gün “Seviliya”nın Avropa Liqası çərçivəsində uğursuz oyunu ilə əlaqədar verildiyini düşünənlər də var.
 
Həmin qarşılaşmada İspaniya təmsilçisi Çexiyanın  “Slaviya Praqa” komandasına 4-3 hesabı ilə uduzaraq mundialı tərk edib.
# 768
avatar

Oxşar yazılar