[b]Tilki Bakıya gəlir[/b]
15 mart 2019 19:07 (UTC +04:00)

[b]Tilki Bakıya gəlir[/b]

 
Martın 23-də Qoşa Qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.
 
ONA xəbər verir ki, konsert proqramı 20-26 mart tarixlərində “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi "Bahar qalası" festivalı çərçivəsində baş tutacaq.
 
Festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər konsert proqramı davam edəcək.
 
Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edəiləcək, estrada ulduzlarının ifasında mahnılar səslənəcək.
 
Qeyd edək ki, Aleyna Tilkinin konsert proqramı saat 17:00-da başlayacaq.
# 1356
avatar

Oxşar yazılar