[b]"Qarabağ"dan çətin qələbə[/b]
15 mart 2019 18:44 (UTC +04:00)

[b]"Qarabağ"dan çətin qələbə[/b]

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
 
Lent.az qol.az-a istinadən bildirir ki, bununla da çempionatda 3-cü dövrəyə yekun vurulacaq.
 
"Sabah" "Sumqayıt"ı qəbul edib və bərabərə qalıb - 1:1, "Zirə"  isə "Keşlə"yə doğma meydanda 2:0 hesabı ilə qalib gəlib.
 
Turun digər matçında ikinci yerdə olan "Qarabağ" üçüncü pillədə yer alan "Səbail"in qonağı olub. Matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son oyunda lider "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Yenidən vahid lider olan "Neftçi"   bu mövqeyini qorumağa çalışacaq. "Qəbələ" isə "Səbail"lə xal fərqinin ən azı artmamağı üçün oynayacaq.
 
 
15 mart (cümə)
 
16:45. "Səbail" – "Qarabağ" - 1:2
Qollar: Dani Kintana, 34 (0:1), Ağabala Ramazanov, 42 (1:1), Riçard Almeyda, 77-pen (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena
 
16:00. "Sabah" – "Sumqayıt" - 1:1 
Qollar: Elvin Məmmədov, 40 (0:1), Rəşad Eyyubov, 77 (1:1)
Qırmızı vərəqə: Marko Deviç, 28 ("Sabah"-ikinci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Cavid İmamverdiyev, 32-qapı dirəyi ("Sabah")
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena
# 833
avatar

Oxşar yazılar