[b]31,4 trilyon ədədi dəqiqliklə hesabladı - “Ginnesin rekordlar kitabı”na düşdü[/b]
15 mart 2019 18:32 (UTC +04:00)

[b]31,4 trilyon ədədi dəqiqliklə hesabladı - “Ginnesin rekordlar kitabı”na düşdü[/b]

ABŞ-ın “Google” şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. 
 
Lent.az ICTnews-a istinadən xəbər verir ki, internet nəhənginin əməkdaşı vergüldən sonra 31,4 trilyon ədədi dəqiqliklə hesablayıb.
 
Beləliklə, bu rekord “Ginnesin rekordlar kitabı”na düşüb.
 
Hesablamanın dəqiqliyi ilk dəfə məlumatların “bulud” texnologiyasında işlənməsinin köməyi ilə təmin edilib. Yeni rekord 2016-cı ildə təyin edilmiş göstəricini təxminən 9 trilyon işarə üstələyir.
 
Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. 
# 766
avatar

Oxşar yazılar