Ronaldo Messini qabaqladı
15 mart 2019 18:01 (UTC +04:00)

Ronaldo Messini qabaqladı

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib. ONA-nın məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən son 4 görüşün baş tutduğu həftədə ən yaxşı adına Kriştianu Ronaldo layiq görülüb.
 
İspaniya “Atletiko”su ilə evdəki matçda vurduğu üç qolla İtaliya “Yuventus”unu 1/4 finala daşıyan portuqaliyalı azarkeşlərin səsverməsində rəqiblərini geridə qoyub. Onun qabaqladığı futbolçular arasında “Barselona”lı Lionel Messi də yer alıb.
 
Qeyd edək ki, həftənin oyunçusu adına digər iki namizəd Leroy Sane (“Mançester Siti”) və Sadio Mane (“Liverpul”) olub.
# 773
avatar

Oxşar yazılar