[b]Azərbaycanda SEÇİCİLƏRİN SAYI məlum oldu[/b]
15 mart 2019 17:56 (UTC +04:00)

[b]Azərbaycanda SEÇİCİLƏRİN SAYI məlum oldu[/b]

Azərbaycanda seçicilərin sayı məlum olub.
 
Lent.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.
 
M.Pənahovun sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.
 
MSK sədri vurğulayıb ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

 

# 772
avatar

Oxşar yazılar