Çempionlar Liqası: 1/4 final cütləri müəyyənləşdi
15 mart 2019 15:21 (UTC +04:00)

Çempionlar Liqası: 1/4 final cütləri müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün sonuncu püşkatması keçirilib. 
 
ONA-nın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan mənzil-qərargahında 1/4 final və yarımfinal mərhələlərinin, həmçinin final oyununun püşkü atılıb.
 
Öncə qitənin ən nüfuzlu klub turnirində 1/8 final səddini adlayan komandalar 4 cütlük təşkil edib. Ardınca qalibləri yarımfinalda üz-üzə gələcək cütlər bilinib.
 
İyunun 1-də İspaniya paytaxtı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçının nominal meydan sahibi də bəlli olub.
 
Çempionlar Liqası
1/4 final
 
1. “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
2. “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)
 
3. “Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
 
4. “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
 
1/2 final
 
1. 3-cü cütün qalibi – 1-ci cütün qalibi
2. 4-cü cütün qalibi – 2-ci cütün qalibi
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
 
Qeyd edək ki, 1/4 final oyunları aprelin 9-10 və 16-17-də, yarımfinal mərhələsi 30 aprel – 1 may və 7-8 mayda keçiriləcək.  Final matçı isə iyunun 1-də baş tutacaq.
# 880
avatar

Oxşar yazılar