Azərbaycanda DƏHŞƏTLİ OLAY: bir ailəyə 2 cənazə getdi

Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
 
Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
 
Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.
 
15:04
 
Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 
 
Faktla bağlı araşdırma aparılır. 

LENT

26 Mart 2019
25 Mart 2019

Digər xəbərlər >>>