<b>"Oğluma yalnız özüm kimi müğənni qız alaram" - <span style="color:red;">QALMAQALLI mövzuya o da qoşuldu</b>
15 mart 2019 14:28 (UTC +04:00)

"Oğluma yalnız özüm kimi müğənni qız alaram" - QALMAQALLI mövzuya o da qoşuldu

Müğənni Zenfira İbrahimova qalmaqala səbəb olacaq açıqlama verib.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, oğluna yalnız bir şərtlə müğənni qız alar: “Oğluma yalnız özüm kimi müğənni qız alaram. Bildiyiniz kimi, mənim həyat, sənət fəaliyyətim göz qabağındadır. Niyə oğlumuza müğənni qız almarıq deyirlər? Çünki bir çoxları başqa yolla sənətə gəlirlər. Model, aparıcı, aktrisa, vizajist, saç ustası hamısı müğənni olur. Yəni, buna görə də müğənni başqa anlam daşıyır. Müğənnilər də bunu görür, axı. Sənət insanlarını məndən çox tanıya bilmərsiniz. Məsələn, sizlər tanıdığınız müğənnilərin çoxunun fəaliyyətini, sənətə necə gəldiklərini bilirəm. Kimisi əziyyət çəkir, kimisə də sosial şəbəkənin reytinqi ilə gəlir. Bizim müğənnilər də mənim sadaladıqlarım amillərə görə müğənni almırlar”.

 

Xatırladaq ki, müğənni Nadir Qafarzadə Lent.az-a açıqlamasında “Oğluma müğənni qız almaram” demişdi. Onun bu açıqlaması isə şou-biznesdə müzakirələrə səbəb olub. Qafarzadənin fikrinə həmkarları Səidə Sultan, Ayan Babakişiyeva qarşı çıxıb.

 

Qeyd edək ki, Z.İbrahimova idmançı Anar Heydərov evlidir.

# 1309
avatar

Yalçın UĞUR

Oxşar yazılar