[b]Sənədsiz evlərin qeydiyyat məsələsi parlamentdə qaldırıldı[/b]
15 mart 2019 13:12 (UTC +04:00)

[b]Sənədsiz evlərin qeydiyyat məsələsi parlamentdə qaldırıldı[/b]

Bu gün Milli Məclisdə deputat Elmira Axundova sənədsiz fərdi evlərin qeydiyyatı məsələsini qaldırıb.
 
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda E.Axundova bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi nəticəsində hər il müxtəlif vergilər nəticəsində dövlət büdcəsinə 300-350 milyon manat vəsait daxil olacaq.
 
“Həmin evlərdə insanlar yaşayırlar. Nə üçün hansısa məmurun fəaliyyəti nəticəsində dövlət büdcəsi 350 milyon manat vəsaitdən məhrum olmalıdır? Hökumətdən xahiş edirəm ki, bu məsələnin həllini diqqətdə saxlasın”, - deyə deputat qeyd edib.
# 684
avatar

Oxşar yazılar