[b]Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb - DGK[/b]
15 mart 2019 11:37 (UTC +04:00)

[b]Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb - DGK[/b]

Azərbaycan ərazisinə narkotik vasitələrin daşıyıcısı kimi qadınlardan istifadə halları çoxalıb. ONA xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-istintaq Baş İdarəsinin rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.
 
Onun sözlərinə görə, son ildə narkotik qaçaqmalçılıq zamanı narkotik daşıyıcıların 14%-ni qadınlar təşkil edib. Keçən il bədən boşluğunda narkotik maddələrin daşıması üzrə 87 fakt qeydə alınıb ki, bunun da çoxu qadınlarda aşkarlanıb.
# 540
avatar

Oxşar yazılar