<b>Məşhur avtoritet, Ded Hasanın adamından <span style="color:red;">“QANUNİ OĞRU”  adını aldılar - <span style="color:red;">BAĞIŞLANMADI </b>
15 mart 2019 11:24 (UTC +04:00)

Məşhur avtoritet, Ded Hasanın adamından “QANUNİ OĞRU” adını aldılar - BAĞIŞLANMADI

Cinayətkar aləmdə "qanuni oğru" adının itirildiyi hallar da olub. Belə bir “vəzifə"nin – statusun əldən getməsi, itirilməsi heç də arzuolunan hal deyil. 
 
Cinayət dünyasının tanınmış simalarından olan Gela Kardava (onu Gela Qalski kimi də çağırırdılar) nə vaxtsa belə bir vəziyyətlə qarşılaşacağını ağlına belə gətirməzdi... 
 
Lent.az Rusiya mətbuatına istinadən bildirir ki, gürcü əsilli Gela Raminoviç Kardava 1974-cü ildə Gürcüstanda İnguri çayının sahilində yerləşən kiçik bir qəsəbədə dünyaya göz açıb. 
 
Orta məktəbi bitirər-bitirməz Rusiyaya gedir və…
 
Şimal həyatı Gelanın ömür yoluna oğru aləminin “möhür”ünü vurdu.  
 
Yeniyetmə məktəbli “tanış olmayan cəmiyyətdə” hər bir işə baş vururdu – mübahisələrin həlli, hər hansı bir məsələyə aydınlıq gətirmək, “günahkar”ın cəzalandırılması və s.
 
İllər keçirdi, soyğunlar, mühakimələr, həbslər bir-birini əvəzləyirdi…
 
Beləcə, cinayətkar aləmdə doğru hökmlər verən, "hüquqşünas" adı ilə məşhurlaşan Gela Kardavaya 1996-cı ildə Moskvada "qanuni oğru" titulu verildi. Bu adı Gelaya oğru dünyasında böyük nüfuz sahibi olan Vaxtanq tərəfindən təklif edilmişdi.  
 
Getdikcə Gela Kardavanın həyatında çətin anlar yaşanmağa başladı. O, “arzuolunmaz” hadisələrdən heç cürə yaxa qurtara bilmirdi. 
 
2013-cü ildə Gela Galskiyə qarşı ilk dəfə olaraq öz ətrafı tərəfindən ittihamlar irəli sürüldü. 
 
Bu ittihamlar daha çox Gelanın həddən artıq sərbəst hərəkətlərindən doğurdu. Belə ki, Gela heç kimin xeyir-duasını almadan, heç kimə məsləhət etmədən özbaşına xaricdə yığıncaqlar təşkil edir, "tacqoyma" mərasimləri düzənləyirdi və s. 
 
Təbii ki, bu hərəkətlər “yuxarılar"ın xoşuna gəlmirdi. Belə hərəkətlər onu mənfi obraza yükləyirdi…
 
Məlumdur ki, Gela Qalski uzun illər oğru dünyasında yüksək nüfuz sahibi olan dünyaca məşhur Ded Hasanın rəhbərlik etdiyi qrupda təmsil olunurdu. Sovetin süqutundan sonra "Hökmdar taxtı"nı işğal etməyi hədəfləyən Ded Hasan çox keçmədi ki, öldürüldü. Və beləcə, Dedin ətrafı parçalandı - klanlar, qruplar arasında sözün əsl mənasında döyüş başladı – rəqiblər hətta bir-birilərini ləkələməkdən belə çəkinmirdilər. 
 
Beləliklə, 2013-cü ildə İstanbulda məşhur otellərdən birinin restoranında gürcü cinayətkar qrupunun üzvləri Gela Qalskiyə və onun tərəfdarlarına hücum çəkdi. Məsələ çox ciddi idi…
 
Belə bir vəziyyətdə Kardava qaçmağa üstünlük verdi və elə bu hərəkətinə görə də nüfuzunu itirdi. Çünki oğrular arasında bu hərəkət qəbahət kimi qəbul edilirdi. Belə addım heç vaxt bağışlanılmırdı, elə də oldu…
 
2015-ci ildə cinayətkarlar arasında yüksək hörmət sahibi olan Şakro Maladoy və onun bir neçə köhnə "hüquqşünas" ətrafı bir araya gəlib Qalinin “məsələsi"ni müzakirə edərək onu "qanuni oğru" statusundan kənarlaşdırdı.
 
Bu qərar Qalski üçün dözülməz idi… 
 
# 1914
avatar

Oxşar yazılar