Zaqatalada yanğın - FOTO
15 mart 2019 10:29 (UTC +04:00)

Zaqatalada yanğın - FOTO

Zaqatalada fərdi yaşayış evində yanğın olub.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri, Car küçəsində, 1955-ci il təvəllüdlü İlqar Allahverdi oğlu Rəsulova məxsus ümumi sahəsi 110 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin otaqlardan birinin tavanı 20 kv/m-lik sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 755
avatar

Oxşar yazılar