Baş nazir parlamentə gəldi - YENİLƏNİB
15 mart 2019 12:06 (UTC +04:00)

Baş nazir parlamentə gəldi - YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclası başlayıb.
 
ONA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.
 
İclasda baş nazir Novruz Məmmədov və digər hökumət üzvləri də iştirak edir.
 
Qeyd edək ki, bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisdə ilk hesabatıdır. Bu gün həm də N.Məmmədovun doğum günüdür. Onun 72 yaşı tamam olur.
 
10:26
 
 
Bu gün – martın 15-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
ONA-nın məlumatına görə, iclasın gündəliyinə bir məsələ salınıb.
 
İclasın gündəliyinə salınan “Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat”ı baş nazir Novruz Məmmədov təqdim edəcək.
 
Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.
 
# 914
avatar

Oxşar yazılar