<span style="color:red;">Bakıda faciə : 16 yaşlı qız özünü 16-cı mərtəbən... - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
15 mart 2019 09:05 (UTC +04:00)

Bakıda faciə: 16 yaşlı qız özünü 16-cı mərtəbən... - FOTO - VİDEO

Yasamal rayonunda 16 yaşlı qız özünü binanın 16-cı mərtəbəsindən yerə atıb.
 
ONA-nın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında baş verib.
 
2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı ailəsi kirayə qaldığı mənzilin eyvanından özünü yerə atıb. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü yerə atan M. Azadə hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

# 1419
avatar

Oxşar yazılar