Məşhur aktyorun 80 yaşı olur

Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariyel Qasımovun 80 illik yubiley gecəsi olacaq.

Teatrdan Lent.aza verilən məlumatda deyilir ki, yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.

Qeyd edək ki, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.  

 10 dekabr 2018-ci il tarixində Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətiylə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunub.

LENT

20 May 2019

Digər xəbərlər >>>