“Tanrıya 14 məktub” yazılıb

 

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub.

Teatrdan Lent.aza verilən məlumata görə, tamaşaya teatrın rejissoru, əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi  tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Tamaşanın premyerası isə 24 marta planlaşdırılır.

LENT

26 Mart 2019
25 Mart 2019

Digər xəbərlər >>>