Ramil Usubov bu rayonlara YENİ POLİS RƏİSİ təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.
 
ONA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.
 
Nazirin digər əmri ilə Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Mehman Zeynalov isə Gədəbəy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib.

LENT

19 May 2019
18 May 2019

Digər xəbərlər >>>