[b]Xarici borcumuz AÇIQLANDI[/b]
14 mart 2019 16:51 (UTC +04:00)

[b]Xarici borcumuz AÇIQLANDI[/b]

Bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlәt borcu 8 927,1 mln. ABŞ  dolları
 
(15,176 mlrd. manat) təşkil edib. ONA-nın Azərbaycan Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə xarici dövlәt borcunun ÜDM-ə olan nisbәti 19% (2018­ci il üçün hesablanmış 79 797,30 milyon manat ÜDM­ә nisbәtdә) olub.
 
2018-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın xarici dövlət borcu 471,2 mln. dollar və ya 5% azalıb.
 
Borca hökumәtin birbaşa öhdәliklәri vә dövlәt zәmanәtilә cәlb edilmiş kreditlәr üzrә şәrti öhdәliklәr daxil edilib. Xarici dövlәt borcu beynәlxalq maliyyә institutlarından infrastruktur layihәlәri vә maliyyәlәşmә proqramları üçün cәlb edilmiş kreditlәrdәn, hәmçinin beynәlxalq maliyyә bazarlarında yerlәşdirilmiş qiymәtli kağızlardan ibarәtdir.
# 893
avatar

Oxşar yazılar