Moldova prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

"Azərbaycan və Moldova arasında iqtisadi və diplomatik sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur".
 
ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Moldova prezidenti İqor Dodon bildirib.
 
İ. Dodon deyib ki, beynəlxalq platformalarda hər iki ölkə bir-birinə dəstək nümayiş etdirir: "Ümid edirəm ki, gələn aylarda Moldovada hökumət formalaşacaq. Moldovada hökumət formalaşan kimi hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Mən görüş əsnasında prezident İlham Əliyevi Moldovaya dəvət etdim. Bu səfər ilin ikinci yarısında ola bilər. Ola bilsin ki, komissiyanın iclası da prezident İlham Əliyevin Moldovaya planlaşdırılan səfəri çərçivəsində baş tutsun". 

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>