<b><span style="color:red;">ƏSGƏR YOLDAŞINI GÜLLƏLƏDİ  - Erməni ordusunda növbəti insident</b>
14 mart 2019 15:07 (UTC +04:00)

ƏSGƏR YOLDAŞINI GÜLLƏLƏDİ - Erməni ordusunda növbəti insident

Ermənistanın “N” saylı hərbi hissəsində ölümlə nəticələnən insident baş verib. 
 
Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, martın 12-də saat 06:50 radələrində döyüş növbətçiliyində xidmət aparan əsgər Karen Karapetyan sol qolu və sinəsindən güllələnib. 
 
19 yaşlı əsgər aldığı güllə yarasından yerindəcə keçinib.
 
Ermənistan ordusunun II Qarnizon Tədqiqat İdarəsində Cinayət Məcəlləsinin 104-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq cinayət işi başlanıb.
 
Tədqiqat Komitəsindən bildirilib ki, hadisənin motivi, iddia edilən cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib. 
 
İstintaq araşdırması zamanı məlum olub ki, Karapetyan öz əsgər yoldaşı tərəfindən mübahisə zəmnində güllələnib. 
 
Adı açıqlanmayan hərbi qulluqçu həbs edilib. 
 
# 684
avatar

Oxşar yazılar