<b>Gülay Zeynallı<span style="color:red;"> DANIŞDI:  "...bağlanmasını istəyirəm" - <span style="color:red;">FOTOLAR</b>
14 mart 2019 15:28 (UTC +04:00)

Gülay Zeynallı DANIŞDI: "...bağlanmasını istəyirəm" - FOTOLAR

“Bu gün “instagram”, “youtube” olmasa, 60-70 faiz müğənnilər yox çıxar”.

 

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Gülay Zeynallı deyib.

O, sosial şəbəkələrin bağlanmasını istəyir:

“Hər aşiqin bir dövranı var. Amma gərək elə bir sənətçi olasan ki, yəni “instagram”, internet olmasa da, sən yaddaşlarda qalasan. Bizim gözəl sənətkarlarımız var ki, onların dövründə sosial şəbəkə olmayıb. Amma hələ də yaddaşlardadır. Amma indi biz gənclər yenə də onlara qulaq asırıq. Çox istərdim ki, sosial şəbəkə bağlansın. Bunu ürəkdən arzu edirəm. Mənə elə gəlir ki, indi su bulanıb. Mən şəxsən sənətimi, həyatımı “instagram”a görə yürütmürəm. Ona görə də düşünürəm ki, bağlansa, yaxşı olar. Təbii ki, bu da mənim istəyimlə deyil ki”.

 

İfaçı daha sonra əməkdaşımızın ona “Sənə qadağalar varmı? sualına bu cür cavab verib:

“Mən ağlım kəsəndən özüm-özümə qadağa qoymağı bacarıram. Yəni ki, nə olar-nə olmaz. Mən onu bilməsəydim, bugünkü gündə Gülay Zeynallı olmazdım”.

 

 

 

# 5961
avatar

Yalçın UĞUR

Oxşar yazılar