<b>Azərbaycanlı müğənni 3-cü dəfə evləndi - <span style="color:red;">Bu dəfə müğənni aldı  - FOTO</b>
14 mart 2019 13:49 (UTC +04:00)

Azərbaycanlı müğənni 3-cü dəfə evləndi - Bu dəfə müğənni aldı - FOTO

Azərbaycanlı müğənni Emil Rəhmaov 3-cü dəfə ailə qurub. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib.

 

O bildirib ki, Sabrina Qəmzəyeva adlı müğənni xanımla evlənib: “Artıq 1 il 5 aydır ki, bir yerdəyik. Bunu bu günə qədər gizlədirdim. Göz dəyməkdən qorxuram. Mənim xoşbəxtçiliyim çox insanları narahat edir. Toy etmədim. Toysuz da xoşbəxt olmaq olur".

 

Müğənninin xanımı da Lent.az-a açıqlama verərək bildirib ki, çox xoşbəxtdir: “İnsanı sevən də var, sevməyən də. Emili mərdliyinə, kişiliyinə görə sevdim. O qədər aramızı vurmaq istəyənlər oldu. Amma sevgi ilə qalib gəldik. Toy olmayacaq, çünki biz toysuz da xoşbəxtik”. 

 

Qeyd edək ki, E.Rəhmanov 2 dəfə ailəli olub və boşanıb. Onun bir övladı var. Lakin ifaçı övladını sonuncu dəfə həbsdə olan zaman görüb.

 

 

 

 

# 3842
avatar

Yalçın UĞUR

Oxşar yazılar