Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi
14 mart 2019 13:45 (UTC +04:00)

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Martın 14-də Təhsil Nazirliyində ehtiyat dərsliklərin hazırlanması, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Lent.az xəbər verir ki, mətbuat konfransında ehtiyat dərsliklər hazırlandığı və bu dərsliklərin müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcəyi, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacağı açıqlanıb.

Qeyd olunub ki, dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.

Mətbuat konfransında həmçinin qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Layihələrin icrasına iyunun 1-dən başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

# 700
avatar

Aygün İbrahimli

Oxşar yazılar