<span style="color:red;">KÜLƏKLİ HAVA  nə qədər davam edəcək? -<span style="color:red;"> PROQNOZ
14 mart 2019 13:18 (UTC +04:00)

KÜLƏKLİ HAVA nə qədər davam edəcək? - PROQNOZ

Ölkə ərazisində martın 15-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Axşam ayrı-ayrı yerlərdə duman olacaq.

 

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

# 881
avatar

Aygün İbrahimli

Oxşar yazılar