<b> 27 yaşlı gənc dənizdə batdı</b> - <span style="color:red;">[b]YENİLƏNİB[/b]
14 mart 2019 11:35 (UTC +04:00)

27 yaşlı gənc dənizdə batdı - [b]YENİLƏNİB[/b]

Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb. 

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, dənizdə batdığı ehtimal olunan, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun meyiti FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. 

11:22

27 yaşlı gənc dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 627
avatar

Səlcuq Elçin

Oxşar yazılar