[b]Sabah baş nazir parlamentdə hesabat verəcək[/b]
14 mart 2019 10:57 (UTC +04:00)

[b]Sabah baş nazir parlamentdə hesabat verəcək[/b]

 
Sabah – martın 15-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
ONA-nın məlumatına görə, iclasın gündəliyinə bir məsələ salınıb.
 
İclasın gündəliyinə salınan “Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat”ı Baş nazir Novruz Məmmədov təqdim edəcək.
 
Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.
# 649
avatar

Oxşar yazılar