<b>Beyləqanda ev yandı - <span style="color:red;">Xəsarət alan var </b>
14 mart 2019 10:24 (UTC +04:00)

Beyləqanda ev yandı - Xəsarət alan var

Beyləqanda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Dünyamalılar kəndində qeydə alınıb. Kənd sakini Məmmədov Nəcəf  Əvəz oğluna məxsus 4 otaqlı evdə baş verən yanğın nəticəsində ev sahibinin oğlu Bəhruz Məmmədov ayağından yanıq xəsarəti alıb. 
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Hadisəyə elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.   
# 377
avatar

Oxşar yazılar