[b]Azərbaycanlı balet artisti brilyant qaşa layiq görülüb[/b]
14 mart 2019 10:14 (UTC +04:00)

[b]Azərbaycanlı balet artisti brilyant qaşa layiq görülüb[/b]

Martın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

 

Lent.az-ın  teatrın saytından götürdüyü  xəbərdə deyilir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində brilyant qaşa aid partiyanı Azərbaycanın Əməkdar artisti Timur Əsgərov təqdim edəcək.

 

Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib.

 

Bu hissələr ümumi ideya ətrafında birləşir və yalnız bütöv halda məna kəsb edir. Balet artistlərinin kostyumları, zümrüd qaşlarla, uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

 

Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.

# 966
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar