Genişzolaqlı internet abunəçilərinin sayı 1 milyardı ötüb

Point Topic” şirkətinin araşdırmasına görə, 2025-ci ilədək dünyada sabit genişzolaqlı internet abunəçilərinin sayı 1,2 milyarda yaxınlaşacaq. İndi bu göstərici 1 milyarddır.
 
Lent.az “ictnews”a istinadən bildirir ki, 2018-2028-ci illərdə İndoneziya, Tailand və Meksika kimi inkişaf etməkdə olan ölkələrdə sabit genişzolaqlı internet abunəçilərinin sayında yüksək artım sürəti qeydə alınacaq. Proqnoz müəlliflərinin sözlərinə görə, ümumilikdə texnologiyanın nüfuzetmə səviyyəsi 24% yüksələcək.

LENT

18 Mart 2019

Digər xəbərlər >>>