Şirvanda məcburi köçkünlərə qəsəbə salınır
13 mart 2019 19:19 (UTC +04:00)

Şirvanda məcburi köçkünlərə qəsəbə salınır

Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına Şirvan şəhərində məcburi köçkünlər qəsəbə salınır.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, 10 hektar ərazidə 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli bina inşa olunur.
 
İnşasına yanvarın əvvəlindən başlanılan qəsəbədə tikintinin ilin sonunadək yekunlaşması gözlənilir.
 
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində ARDNF-nin vəsaiti hesabına 37 rayon və şəhərdə, o cümlədən Naxçıvan Muxtar respublikası ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.
# 912
avatar

Oxşar yazılar