[b]Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi[/b]
13 mart 2019 18:43 (UTC +04:00)

[b]Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi[/b]

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​
# 891
avatar

Oxşar yazılar